“Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, YAP Siyasi Şurasının üzvü deyil”.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib. Modern.az-ın məlumatına görə, bu barədə hakim partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. O qeyd edib ki, məlum qalmaqaldan sonra Elşad Abdullayev partiya üzviliyindən çıxarılıb.
S.Novruzov daha sonra bəyan edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə heç vaxt Elşad Abdullayevin namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, ABU-nun sabiq rektoru hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının üzvü idi.
Gülər Əhmədova YAP-dan çıxarılmayıb
“Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, YAP Siyasi Şurasının üzvü deyil”.
Bunu YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. M. Qurbanlı G. Əhmədovanın YAP Yasamal rayon təşkilatının üzvü olduğunu xatırladıb: “Onun partiyada qalıb-qalmaması məsələsi partiya nizamnaməsinə uyğun şəkildə həll olunacaq. Bu məsələ rayon təşkilatında müzakirə olunacaq və müvafiq qərar qəbul ediləcək. Onun guya YAP-dan çıxarılması barədə bəzi mətbuat orqanlarında verilən məlumatlar doğru deyil. Bununla bağlı kimlərsə açıqlama verib, lakin bunlar yanlışdır. Partiyanın mövqeyini yalnız mətbuat xidməti və aparata daxil olan şəxslərin ifadə edə bilər”.
APA
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri