ABŞ-da bir qadın ölən qardaşının üzünün köçürüldüyü adamla görüşüb.
Aversanonun 21 yaşlı qardaşı Coşua 3 il öncə yol keçərkən qəzaya uğrayıb dünyasını dəyişmişdi. Oğlunu itirən ailə onun üzünü Riçard Norrisə bağışlamışdı.
Virciniyada yaşayan Norris 1997-ci ildə qəzaya uğrayanda 22 yaşı var idi. O, qəzadan sonra tanınmaz hala gələn simasını düzəltmək üçün 30-dan çox əməliyyat keçirib. Ancaq bu əməliyyatlarda nəzərə çarpacaq bir uğur əldə edə bilməyib.
Yaxın vaxtlarda Merilend Universitetində tarixin ən çətin əməliyyatlarından biri həyata keçirilib. Norrisə diş, çənə, dil və sinirlər köçürülüb. Əməliyyat 36 saat davam edib. İndi 39 yaşı olan Norris mərhumun bacısı Aversano ilə görüşüb. Aversanonun Norrisə dediyi ilk söz “Toxuna bilərəm?” olub. Daha sonra xanım Norrisə sarılaraq “Birlikdə böyüdüyüm sima”, - deyib.
Axar.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL