"Bizim ailədə qısqanclıq yoxdur"
Müğənni Xuraman Şuşalı yay istirahətini yarımçıq qoyub, təcili Bakıya qayıdıb.
Sənətçi oğlunun səhhətinin pisləşdiyini deyib:
"Böyük
oğlumun allergiyası var. Orada onu arı sancdı, səhhəti pisləşdi. Dərhal
Bakıya qayıtmalı olduq. Müalicə almalıdır. Bu il bölgələrimizdə
dincəldim. Hələ də doymamışam. Qax tərəflər çox gözəldir. Xaricə getməyi
düşünmürəm. Çünki bizimkilərin getdiyi yer Antalya, Bodrumdur. Orda da
günəş vannası qəbul edirsən. Mən bunu edə bilmirəm. Yesuntikidə
dincəlmək istəyərdim. Amma balaca oğluma hava dəyişikliyi olmaz. O, yeni
doğulanda Yesuntikiyə getmişdik, halı pisləşmişdi. Həkim dedi ki, 1
yaşı tamam olana kimi xaricə getməyin”.
X.Şuşalı qısqanclıqdan da bəhs edib:
"Bizim
ailədə qısqanclıq yoxdur. Həyat yoldaşım heç qısqanmır. Hərdən məndə
belə hal olur. Amma onu da tez özümdən uzaqlaşdırıram. Üç övladımız var,
bizə qısqanclıq yaraşmaz. Birdə ki, qızım atasını çox qısqanır. Elə bu
kifayət edir”.
Qeyd edək ki, X.Şuşalı Elçin adlı rejissorla ailə qurub.
Axşam.az