BMT-nin baş katibi Pan Gi Mun İstanbulun Sarıyer rayonundakı ABŞ konsulluğuna edilən basqını pisləyib.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Pan Gi Mun diplomatik missiyanın hədəf alınmasını qətiyyətlə pisləyib və bunun iyrənc bir hərəkət olduğunu bildirib.
BMT-nin baş katibi, həmçinin Türkiyənin müxtəlif şəhərlərində törədilən terror aktları nəticəsində ölənlərin yaxınlarına, türk xalqına və Türkiyə hökümətinə baş sağlığı verib.
Qeyd edək ki, konsulluğa hücumu iki qadın törədib. Yaralı olaraq, təslim olan qadınlardan birinin şəxsiyyəti məlum olub. 51 yaşında Xədicə Aşıq terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası -Cəbhəsinin (DHKP-C) üzvüdür. Bildirilir ki, o, 2005-ci ildən terroçu-kamikadze kimi axtarışda olub. ABŞ Türkiyədə konsulluq xidmətini dayandırıb.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL