Vətəninfo.az xəbər verir ki, Nigeriyada terror aktları törətməkdə davam edən “Boko-Haram” terror təşkilatı qarşıdurmalarda itiki ilə üzləşib. ANS PRESS-in məlumatına görə, Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında “Boko-Haram” terror qruplaşması ilə ordu qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb. Qarşılıqlı döyüş nəticəsində qruplaşmanın 80 üzvü məhv edilib.
Bana ştatının edilən hücumlardan sonra terrorçuların Konduqa şəhərinə hücum edəcəkləri barədə məlumat əldə edən ordu qüvvələri dərhal hücumun qarşısını alıblar. Ordu “Boko-haram”çıların bir sıra avtomobillərini də yararsız hala gətirməklə onlara ikiqat zərbə vurublar.
Xatırladaq ki, BMT tərəfindən terror təşkilatları siyahısına daxil edilən "Boko Haram" qruplaşması aprelin 14-də Nigeriyanın Şibok şəhərində olan bir məktəbə hücum edərək, orada təhsil alan 276 qızı qaçırması ilə dünya gündəmində səs salmışdı. Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram" silahlılarının təkcə bu il təşkil etdiyi hücumlarda 2 minə yaxın adam ölüb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR