Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub.
Bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun "AzSamand" markalı avtomobilini "Nikoil Bank" borca görə əlindən alıb. Hiddətlənən N.Müzəffərov ötən gün əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.
Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.
Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar.
Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov
sonradan Daxili İşlər Nazirliyinin hospitalına göndərilib. İnsident
zamanı N.Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti
alıb. Hazırda faktla bağlı araşdırma aparılır (milli.az).
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL