Azərbaycan hökuməti Britaniyada dövlət hesabına oxuyan tələbələrin təhsil haqqını 10 faiz azaldıb.
Təhsil Nazirliyinin təklifi əsasında verilən qərara görə, təhsil, yaşayış və s. üzrə təqaüd avro ilə deyil, Britaniya funtu ilə ödəniləcək.
Əvvəllər tələbələrə ayda 1750 avro ödənilirdisə, indi bu pul 1100 funta düşüb. Hazırki məzənnə ilə bu, təxminən 1570 avro edir. Yəni tələbələr 180 avro itirirlər.
Dövlət Neft Fondunun məlumatına görə, Böyük Britaniyanın ali məktəblərində 803 nəfər azərbaycanlı tələbə təhsil almaqdadır.
Bu, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqrami” çərçivəsində həyata keçirilir.
2014-cü ildə Təhsil Nazirliyinin sifarişlərinə əsasən ARDNF bu proqramın maliyyələşdirilməsinə 33,5 milyon manat vəsait ayırıb. Pulun 16,5 milyon manatı - yaşayış, 15,2 milyon manatı - təhsil, təqribən 1 milyon manatı - yol, 0,5 milyon manatı - tibbi sığorta, 0,3 milyon manatı - viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəldilib.
Ümumilikdə qeyd olunan proqramın maliyyələşdirilməsinə neftdən gələn gəlirlər hesabına 2008-2014-cü illərdə 121,3 milyon manat xərclənib.
Bu ilin əvvəlinə proqram çərçivəsində müxtəlif ölkələrdə təhsil alan tələbələrin sayı 2867-dir. Bu ilin iyul ayının 1-nə proqram çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun statusunu almış tələbələrin sayı isə 910 nəfər təşkil edir. Onların 360-ı Britaniyada oxuyub.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri