Türkiyənin Adıyaman vilayətinin polis idarəsi 16 nəfərlik kamikadze siyahısı hazırlayıb.
Vətəninfo.az-ın məlumatına görə, Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, siyahıdakı şəxslərin Diyarbəkr və Suruçda olduğu kimi terror aktları törətmə ehtimalı yüksəkdir.
Hazırlanan siyahı ölkənin bütün şəhərlərinin polis idarələrinə göndərilib. Siyahıdakı şəxslərin İŞİD terror təşkilatı ilə bağlı olduğu bildirilir.
Həmin şəxslərin adları aşağıdakılardır: Mustafa Dokumacı, Hacı Yusuf Kızılbay, Kasım Dere, Mahmud Qazi Dündar, Mehmet Mustafa Çevik, Ömər Dəniz Dündar, Yakub Aktulum, Mehmet İşık, Mehmet Taşar, Məhəmməd Zana Alkan, Ersal Ocaq, Mahmud Qazi Tatar, Rəcəb Yaman, Memet İşbar, Saleh Küçüktaş və Yunus Əmrə Alagöz. Sonuncunun Surucda terror aktı törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı olduğu deyilir.
Türkiyə mediasının yazdığına görə, İŞİD-lə əlaqəli şəxslərin yer aldığı siyahının ilk dəfə hazırlanması diqqət çəkir. Daha əvvəllər Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) və PKK terror təşkilatı ilə əlaqələri olduğu deyilən şəxslərin adları polis idarələrinə göndərilmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL