Bu gündən etibarən Rusiya istehsalı olan bəzi avtomobillərin Azərbaycana idxalı qadağan edilib
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci il oktyabrın 1-dən dövlət zəmanəti altında olan sazişlər çərçivəsində ölkəyə gətirilən VAZ-2114 və VAZ-21154 avtomobillərinin respublikaya idxal edilməsinə qadağa tətbiq edib. Bu barədə bazar ertəsi jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.
AZS 635-2012 "Təkərli nəqliyyat vasitələri, onların avadanqlıqları və hissələrinin sertifikasiyası qaydaları" dövlət standartının tələblərinə əsasən, mayın 1-dən etibarən Azərbaycana idxal edilən və ya ölkə daxilində istehsal edilən avtomobil nəqliyyat vasitələrində (tam ötürücülər istisna olmaqla) ABS əyləc sistemi və və ən azı 1 təhlükəsizlik yastığı olmalıdır.
Bununla əlaqədar mayın 1-dən VAZ 2107, VAZ 2114 və VAZ 2115 markalı avtomobillərin ölkəyə idxal edilməsinə qadağa qoyulmuşdu. Belə ki, onların ABS əyləc sistemi və təhlükəsizlik yastığı yoxdur.
Bununla belə oktyabrın 1-dək VAZ 2114 və VAZ 2115 avtomobillərin idxalı dövlət zəmanəti altında olan sazişlər çərçivəsində davam etdirilib, çünki sazişlər bu dövrədək qüvvədə olub.
trend
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR