“Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında dayanması mümkünsüzdür. İşğalçı ölkə reallıqla barışmalıdır”.
Bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Adil Əliyev ABŞ-ın “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrin “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə haqda” yayımlanan məqaləyə münasibət bildirərkən qeyd edib. Millət vəkili məqalə ilə tanış olduğunu söylədi: “Ermənistan düşdüyü vəziyyət yaxşı təhlil olunub. Onsuz da dünyanın əksər hərbi-siyasi analitikləri Azərbaycan ordusu haqqında obyektiv hesabatlar yayırlar. Hazırda Ermənistan taqətsiz bir vəziyyətdədir və yaxın zamanlarda da vəziyyətdən çıxması real görünmür. Ölkədə psixoloji gərginlik hökm sürür. Həmçinin, Ermənistanın sosial-iqtisadi və siyasi vəziyyəti onun bütün imkanlarını gerçəkliyi ilə ortaya qoyur”. Millət vəkili Azərbaycanın qısa zaman ərzində torpaqlarını işğaldan azad etmək gücünə malik olduğunu vurğulayıb. “Ən müasir silahlarla ordumuz gücləndirilir. Üstəlik, regionda vəziyyət dəyişir. Azərbaycan beynəlxalq arenada üstünlüklər qazanır. Ermənistanın işğalçılıq siyasəti ölkə rəhbərliyi tərəfindən sərt tənqid olunur. Münbir şərait yaranan kimi torpaqlarımız işğaldan ediləcək”,-deyə millət vəkili əlavə edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR