Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək ilk plenar iclasına 39 məsələ daxil edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O, qeyd edib ki, ilk iclasda birinci məsələ kimi Azərbaycan
Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının
qanunvericilik işləri planı müzakirə olunub, təsdiqlənməlidir.
"Gündəliyə daxil edilən 39 məsələnin əksəriyyəti isə qanunlara edilən əlavə və dəyişiklərlə bağlıdır. "Hərbi qulluqçuların statusu haqqında”, "Diplomatik xidmət haqqında”, "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Qaz təhcizatı haqqında”, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, "Torpaq islahatı haqqında” qanunlara, Torpaq Məcəcləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Məcəlləyə və s. sənədlərə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda, bəzi hökümətlərarası sazişlərin, bəyannamələrin təsdiq edilməsi ilə bağlı sənədlər də müzakirəyə çıxarılacaq. "Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL