Bu gün Koroğlu metrosu istiqamətində hərəkət edən marşrutların sxemi dəyişdirilib. Vətəninfo.az bildirir ki, bu barədə “Qafqazinfo” ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib.
O bildirib ki, buna səbəb bu gün Olimpiya Stadionunda keçirilən növbəti sınaq tədbiridir: “Ona görə də o istiqamətə gələn marşrutların hərəkət istiqaməti dəyişdirilib. Bu qrafik həmçinin 12 iyun və 28 iyun tarixlərində də təkrarlanacaq. Belə ki, Mərdəkan, Bilgəh istiqamətindən gələn marşrutlar Heydər Əliyev hava limanından beton yola çıxaraq Həzi Aslanov metrosuna gedəcəklər. Zabrat istiqamətindən hərəkətə başlayan avtobuslar isə Bakıxanova girərək bir neçəsi Neftçilər metrosuna, qalanları isə Qara Qarayev metrosuna kimi hərəkət edəcəklər”.
Qeyd edək ki, 150, 160, 171 nömrəli marşrutların son dayanacağı bu gün Həzi Aslanov metrosu olub.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA