İtaliya keçmiş baş naziri Silvio Berluskoni "bunga bunga" adlı seks partilərini təşkil etdiyi villasını satır.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
Türkiyə mediasına istinadən məlumatına görə, Berluskoni bir müddət
əvvəl Səudiyə Ərəbistanı baş naziri və krallığın varisi Şahzadə Məhəmməd
bin Nayefə villanı gəzdirərək "Versal sarayından da gözəldir" deyib.
Şahzadə
villanı əmisi, kral Salman bin Əbdüləziz əl Suudun adına almaq istəyib.
Həmin vaxt Kral Fransada xüsusi çimərlik alaraq istirahət edərkən
tənqid olunduğu üçün tətilini yarımçıq saxlamışdı.
Qeyd edək ki,
Sardinya adasındaki "Villa Certosa" adlı villanın 68 otağı, 6 hovuzu,
süni yanardağı var. 495 milyon avroya (təxminən 542 milyon
dollar) satılan malikanə Berluskoninin seks partiləri ilə gündəmə
gəlmişdi. Keçmiş baş nazir məhz buradakı intim həyatına görə məhkəmə
qarşısına çıxmışdı.

TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL