Bu yolların adları dəyişdirildi - SİYAHI

Bu yolların adları dəyişdirildi - SİYAHI

Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib.

 

Baş nazir Artur Rasi-Zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişikliklər edilib.

 

İmzalanan qərara görə, "Ağcabədi rayonu” bölməsinin "Yolun adı” sütununun 15-ci hissəsində "Qiyamadınlı” sözü "Yuxarı Qiyaməddinli”, "Astara rayonu” bölməsinin "Yolun adı” sütununun 2-ci hissəsində "Telman” sözü "Çayoba”, "Cəlilabad rayonu” bölməsinin "Yolun adı” sütununun 1-ci hissəsində "Təzəkənd” sözü "Çəmənli”, 22-ci hissəsində "Kövüzbulaq” sözü "Soyuqbulaq”, "Gədəbəy rayonu” bölməsinin "Yolun adı” sütununun 12-ci hissəsində "Yenikənd” sözü "Qızılqaya”, 29-cu hissəsində "Arabaçı” sözü "Çiçəkli” sözü ilə əvəz edilib.

Qərara əsasən, həmçinin "Göyçay rayonu” bölməsinin "Yolun adı” sütununun 15-ci və 19-cu hissələrində "Cəyirli” sözü "Şıxlar”, "İsmayıllı rayonu” bölməsinin "Yolun adı” sütununun 36-cı hissəsində "Cülyan” sözü "Yuxarı Cülyan”, "Kürdəmir rayonu” bölməsinin "Yolun adı” sütununun 44-cü hissəsində "Qarabucaq” sözü "Axtaçı Qarabucaq”, "Laçın rayonu” bölməsinin "Yolun adı” sütununun 1-ci hissəsində "Ağbulaq” sözü "Sarıbaba”, "Tərtər rayonu” bölməsinin "Yolun adı” sütununun 10-cu hissəsində "Təzəkənd” sözü "Ağkənd” sözü ilə, 16-cı hissəsində "Qapanlı” sözü "Alışarlı” sözü ilə, 18-ci hissəsində "Sarıcalı” sözü "Yuxarlı Sarıcalı” sözləri ilə, 19-cu hissəsində "Qaradağlı” sözü "Yuxarı Qaradağlı”, "Ucar rayonu” bölməsinin "Yolun adı” sütununun 6-cı hissəsində "Çiyni” sözü "Yuxarı Çiyni”, "Zaqatala rayonu” bölməsinin "Yolun adı” sütununun 22-ci və 23-cü hissələrində "Əli Bayramlı” sözləri "Dağlı” sözü ilə, 25-ci hissəsində "Dombabinə” sözü "Üçüncü Tala” sözləri ilə əvəz olunub.

Publika.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az