Hindistanda yaşayan Srivastava cütlüyü bütün sərvətlərini ev meymunlarına vəsiyyət ediblər. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində yaşayan Srivastava cütlüyü uşaqları olmadığına görə 2004-cü ildə Çunmun adlı meymunu götürüb saxlayıblar. İndi də bütün sərvətlərini – ev, pul və bir neçə firmalarını oğulları kimi gördükləri Çunmuna miras qoyurlar. Əvvəllər kasıb olan cütlük sonradan varlanıb, ancaq nə qədər istəsələr də, övlad sahibi ola bilməyiblər. Çunmuna kondisionerli otaq düzəltdirib Bitti adlı dişi meymunla cütləşdirən 45 yaşlı Şabista və 48 yaşlı Brajeş Srivastava heyvanların evlilik il dönümlərini də qeyd edirlər. Hazırda 10 yaşında olan Çunmun cütlükdən əvvəl dünyasını dəyişərsə, vəsiyyət meymunlar üçün xərclənəcək. Ancaq nəzərə alsaq ki, meymunlar 40 yaşına qədər yaşayır, böyük ehtimalla cütlüyün istəyi həyata keçəcək və Çunmun “dünyanın ən varlı meymunu” olacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR