“Böyük-Şor”da geniş abadlıq işləri aparılıb

“Böyük-Şor”da geniş abadlıq işləri aparılıb

Sabunçu rayonu ərazisində yerləşən "Böyük-Şor” adlandırılan sahədə geniş abadlıq işləri aparılıb.

Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, A.Əsədullayev, Bakıxanov qəsəbəsinin B.Bünyadov küçələrində plansız inşa edilmiş evlər sökülərək, sakinlərə müəyyən edilmiş qaydada kompensasiya ödənilib. Həmin ərazidə 30 min kvadratmetr sahəyə yaşıl örtük (qazon) salınıb.

Qəsəbənin Heydər Əliyev prospekti istiqamətində A.Əsədullayev küçəsi boyu yolların kənarına daşdan hasar çəkilib və müasir memarlıq üslubunda üzlənilib. Həmin ərazilərdə torpaq aqrotexniki qaydada işlənərək, həmişəyaşıl ağaclar əkilib və yaşıllıq zolaqları salınıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az