Əməkdar artist Cavanşir Məmmədov bibisi qızı, xalq artisti Flora Kərimovadan danışıb.
Vizual.az-ın məlumatına görə, müğənni "Ondan sonra” verilişində F.Kərimova ilə aralarındakı incikliyə aydınlıq gətirib:
"Hər sözü böyütmək düzgün deyil. Hamımız bu dünyada qonağıq. Ömrümüzün çox hissəsini yaşamışıq. Xalq bizə baxır və suallar verir. Mehriban olmalıyıq. Bizim onunla aramızda bir dava yoxdur. Böyük böyükdür. Bizim ailənin, nəslin ağbirçəyidir və böyük sənətkardır. Mən onun yanında böyüyən uşaq olmuşam. Heç vaxt davaya yol vermərəm. Səhv də olsa, düz də olsa o böyükdür. Bizim böyük sənətkarlarımız az qalıb: Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva. Flora xanım çox ifaçıya kömək edib. Heç kimin bu üç sənətkara nəsə deməyə haqqı yoxdur. Biz onları qorumalıyıq. Mən heç kimi ittiham edə bilmərəm. Sənətkarlar məni ittiham edə bilər. Arada söz gəzdirənlər olur. Bunlara imkan verməməyə çalışıram"./Axşam.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL