Cəbhə xəttində vəziyyət
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.
Vətəninfo.az nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar,
Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şuraabad,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz,
Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.