Ötən gün saat 18 radələrindən başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasının məlumatına görə, ən güclü yağış Lənkəran rayonu ərazisində müşahidə olunub. Burada təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib.
Astara rayonda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı həddə çatıb.
İldırım çaxmaları ilə müşayiət olunan leysan yağışları nəticəsində Lənkəran rayonu ərazisində yarımstansiyalarda yaranan nasazlıqlar səbəbindən rayonun əksər yaşayış məntəqələrinə ötən axşamdan elektrik enerjinin verilməsi dayandırılıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb.
Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi 15-20 santimetr artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından verilən məlumata görə, yağışlı hava oktyabrın 6-dək davam edəcək.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL