Azərbaycanda doğuş zamanı ana ölümü qeydə alınıb.
Vətəninfo.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində baş verib. Doğuş zamanı dünyasını dəyişən şəxs Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızıdır.
Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev APA-ya bildirib ki, doğuşdan sonra xəstədə qanaxma yaranıb və qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan 16 saat sonra Z. Aslanovanın vəziyyəti yenidən pisləşib və onu xilas etmək mümkün olmayıb.
Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev onu da deyib ki, bu, mərhumun 3-cü doğuşu olub.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR