Rusiyadan İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq məqsədilə daha bir gənc qız qaçıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu, Moskvadakı elit “Petrovski passaj” ticarət mərkəzində işləyən 19 yaşlı Patima Abdullayevadır. Rusiya Federal Təhqiqat Bürosundan bildirilib ki, o artıq Türkiyə-Suriya sərhədini keçərək İŞİD sıralarına qoşulub. Gənc qızın valideynləri kömək üçün xüsusi xidmət orqanlarına müraciət ediblər.
Onların sözlərinə görə, qızları Moskvadan Türkiyəyə gedərək oradan Suriyaya keçib. Türkiyə sərhədçiləri onu saxlaya bilməyiblər. Məlum olan odur ki, qız özünü heç vaxt güclü inanclı adam hesab etməyib, ənənəvi müsəlman paltarı da geyinməyib.
“Qız artıq İŞİD-in əlindədir, bununla belə valideynləri ilə əlaqə də qurur. Atası və anası qızlarını geri qayıtması üçün dilə tutsalar da, buna nail ola bilmədiklərindən Federal Təhqiqat Bürosuna müraciət ediblər”, - hüquq-mühafizə orqanlarındakı mənbə belə deyib.
Abdullayeva Dağıstanda anadan olub, son illər Moskvada yaşayıb. Onun Rusiya paytaxtındakı prestijli ali məktəblərdən birində oxuduğu da bildirilir. Ticarət Mərkəzindəki həmkarlarının dediyinə görə, qız buradan üç ay əvvəl işdən çıxıb və bir daha görünməyib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL