Balakən rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini rüşvət alarkən tutulub. “Vətəninfonun” Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması barədə müraciət edən Balakən rayon sakinin adına yardımın təyini və ödənilməsi üçün ondan 400 manat rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 200 manatını almaqla, cinayət əməlini davam etdirərək 10 aprel 2012-ci il tarixdə tələb etdiyi məbləğin verilməmiş qalan 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Ə.Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülüb. Törətdiyi cinayət əməlinə görə Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ə.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Əli
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?