Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Grand Motors” MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, istintaq zamanı cəmiyyətin vəzifəli şəxsi Samir İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakininin “Grand Motors” MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 450 manat məbləğində ödədiyi vəsaitin 120 150 manatını sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxil etməyərək ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR