Bu gecə saat 03:00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.
Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar. Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.
Xatırladaq ki, naməlum maskalılar oktyabrın 1-də də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən "ABU Petrol" yanacaqdoldurma məntəqəsinə basqın etmişdi.
Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumatda deyilirdi ki, basqınçılar oradan 4000 manat aparıblar.
Məntəqənin növbə rəisi Orxan Hacıyev əməliyyatçılara ifadəsində demişdi ki, cinayətkarlar yanacaqdoldurma məntəqəsinə dövlət nömrə nişanı olmayan qırmızı rəngli "VAZ-2107”də gəliblər. Onlar hadisə yerini tərk edərkən videomüşahidə kamerasının yaddaş kartını da çıxararaq naməlum istiqamətdə yoxa çıxıblar.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL