Türkiyənin baş naziri Əhməd Davudoğlu Şanlıurfa bölgəsinin Suruç rayonunda baş verən terror aktı nəticəsində xəsarət alanları ziyarət edib.
Vətəninfo.az Aznews.az-a istinadla xəbər verir ki, bu haqda məlumatı "haberler” saytı yayıb.
Baş nazir daha sonra Şanlıurfa İcra Hakimiyyətinə gəlib və xüsusi bəyanatlar verib. Davudoğlu bildirib ki, bu qanlı olayda kimlər məsuldursa, layiqli cəzasını alacaq: "Buna heç kəsin şübhəsi olmasın. Bu, böyük bir dərddir. Belə dərdlə ilk dəfədir ki, üz-üzə gəlmirik. 2003, 2007 və 2008-ci illərdə də bu tip canlı bomba hücumlarını zehnimizdə tuturuq. Əlbəttə, bu, millətimizin bütövlüyünə qarşı edilən hücumlardır. Bu tip hücumlarla həyatını itirən bütün vətəndaşlarımızı rəhmətlə anıram. Bu tip hadisələrdə ilk düşüncəmiz insan itkisidir.
Buradan Adıyamana keçəcəyik. Dünən şəhid edilən əsgərimizin dəfn mərasimində iştirak edəcəyik. Əsgərimizə də bir daha rəhmət diləyirəm. HDP-yə də yenə müraciət edirəm. Bu kimi hadisələrdə partiyaların bədəlini Türkiyə ödəyir. HDP-nin tərksilahla bağlı müsbət çağırışları Kandildən gələn bəyanatlarla az qala təkzib edilib. Çağırışımı təkrar edirəm: Gəlin birlikdə ortaq bir mətnə imza ataq".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL