Demişdim və yenə deməyə məcburam...

Demişdim və yenə deməyə məcburam...
Aydın Canıyev


... bu dəfə dostum və qardaşım Məhəmmədəli Qəribliyə görə!

Mən həmişə bu qardaşımızın yazdığını başa düşmüşəm və anlamışam. O da elə "ponyatka"lı qardaşdır. Yaxş oğlanlardan da biridir! Amma və lakin...

Ayrısı az sonra təqdim edəcəyim ittihamlarla patriotluq yapsaydı, təbii ki, yanaşmam da fərqli olardı, heç cavab da yazmazdım, fəqət... Məhəmmədəli qardaş qazanların ölçüsünü də bilir, nə qaynadılır onu da bilir, harda kim nə yeyir, niyə yeyir, onu da bilir, hesab etmirəm də ki, bu yazısı "ura-patriotluq"dur!

Ciddi məsələdir! Yazdığı yox e, Eldar Həsənova durduq yerdə... belə ittihamı səsləndirməsi!

Yazıya gələndə... oxuyanda ilk söz, ilk rəy bu olur ki... Eynulla Fətullayevlə İbrahim Məmmədovu təbrik eləyəsən! Ki, bəs sıranız artdı! O sıra ki... həm öz səlahiyyətlərini bilmirlər, həm də ittiham etdiklərinin səlahiyyətini! Amma "edik" də, "izik" də deyir, "eliş" də deyir, "firiş" də deyir, səlahiyyətlərini bilmirlər axı!

Məhəmmədəli bəy həmişə bilib nə deyir, amma bu dəfə, qardaşım bilməyib ki, guya bilib dediyi onun özünə kölgə salır, Eldar Həsənova yox! Uzaqbaşı, Məhəmmədəli Qəriblinin demarşı... o qənaəti də yaradar ki, Eldar Həsənovu prezidentin, xalqın gözündən salmağa əvvəl Eynullanı qabağa verirdilər, indi dalğanı və koordinatı dəyişiblər! Eynullanın yiyəsi məlum - məsələ bir az asandır, daşı yiyəsinə atırıq, Məhəmmədəli bəy isə... yiyəsinin "vətən təəssübü" olduğunu sərgiləyir, odur deyirəm ki: "stop, qardaşım!"
Qardaş yazır: "Uzun müddətdir ki, həmin Balkan ölkələrində hansı müsbət hadisə verirsə, birbaşa Eldar Həsənovun adı ilə bağlayırlar. (...) Həmin coğrafiyada xırda bir uğura imza atılan kimi, dərhal Həsənovun nəzarətində olan saytlar, siyasilər, hətta partiyalar hərəkətə keçir, baş verənləri sabiq baş prokuror olan, indiki səfirin adı ilə bağlamaq üçün ayı xidmətləri ortaya qoyulurdu.
(...)
Nədənsə Serbiya ilə bağlı yaşanan indiki xoşagəlməz vəziyyətlə bağlı həmin adamlardan səs çıxmır, tam sükutdur. Bu dəfə mən haqlı olaraq sual edirəm: Eldar Həsənov orada nə işlə məşğul olub ki, Ermənistan gedib uzaq Balkan ölkəsində belə "konsert” verib? Bu, hansısa xırda bir əşya deyil ki, istənilən erməni biznesmen gedib pulunu verib alsın və sonra atıb avtomobilinin yük yerinə ölkəsinə gətirsin".
Əziz qardaşım, əvvəla, Eldar Həsənov o ölkələrdə neyləyibsə, indi dediyinin təəəssübünü çəkdiyin Prezidentin özünün, Onun Atasının, millətin isə Ulu Öndəri Heydər Əliyevin həm öz adına, həm də adına olan Fond üçün olan işləri görüb - "sağ ol" da, tərif də onlara görə deyilib!
Eldar Həsənov saunada çimməyə gedib par alanda-atanda tərfiləməyiblər ki, onu, ya da Alplarda xizək sürəndə mədh etməyiblər ki?
Replikaya qalanda, onu mədh və tərif edənlər nə desinlər tənqid etsinlər? Desinlər başınız qarışıb orda Heydər Əliyev üçün heykəl qoydurmağa, Heydər Əliyvin adına olan Fondun adından muzey, kilsə, xəsətəxana təmir etdirməyə?
O tərifləyənlər tərif edəndə sən tənqid edəydin də niyə Heydər Əliyevə heykəl qoydurursan, niyə Fondun adına xəstəxanaları, kilsələri, muzeyləri təmir elətdirirsən və bu adamlar sizi niyə tərifləyir?
İkincisi, səfir... o səlahiyyətin yiyəsidirmi ki: olduğu dövlətə göstəriş versin? Məələ uşağı, "sovetski" deyil e, "Yasamal uşaqları"nı girinc eləsin! Dövlətdir, a kişi!
Azərbaycanın İsraildəki səfiri deyə bilər niyə Rusiya ilə filan alqı-satqını yapmısan? Ya Rusiyadakı səfir nə qələt edə bilir ki, Rusiyanın işləkləri qarşısında?
Ya...
Ya...
Heç sənin xarici işlər nazirin o cəsarətdə deyil Serbiyaya göstəriş versin! Nə şoudur bu?
Patriotluqdursa, eynisini Polad Bülbüloğluna qarşı elə - Putinin qabağında tvist oynayır, rəqs edir! Oxuyur - özü də əl çala-çala!
Eynisini... İsraildəki səfir edir!
Eldar Həsənov nə mahnı oxuyur, nə əl çalır, hələ bir üstəlik Elmar Məmmədyarov kimi öz danışdığını özü başa düşməyən nazirinin imicini qaydaya salmaq üçün... Heydər Əliyevə və onun adına olan Fondun adına heykəllər qoydurur, əlaqələrin tənzimlənməsi üçün mədəni-kütləvi tədbirlər keçirdir! Başqa burda deyiləsi olmayan kompleks layhələrə imza atır!
Sənin irad tutduğun işlər... Eldar Həsənovun səlahiyyəti çərçivəsində deyil, o işləri-məlumatları Xarici Kəşfiyyat İdarəsi öyrənib Prezidentə çatdırır, Prezident də xaici işlər nazirinə tapşırır, nota hazırlatdırır ki, bizə xoş deyil sizin filan ölkəylə, ya adamla əməkdaşlığınız, ya da sənin indi məlumat olaraq yazdığın kimi, o ölkənin səfirini çağırır və ikitərəfli anlaşmanın hansı punktu pozulub, onu nəzərə çatdırır!
Eldar Həsənov səfirdir, xaric kəşfiyyat idarəsinin rəisi yox!
O... yalnız Prezidentin adından XİN-dən gələn şifroqramdakı etiraz mətnini çatdıra bilər!
Səfirlk özfəaliyyət və özbaşınalıq deyil!
Eldar Həsənovun üstünə ayrı adla gedin! Məsələn, belə: "Hakimiyyətdəki "Naxçıvan klanı" narahatdır Sizin beynəlxalq imicinizdən, xalq arasındakı nüfuzunuzdan, Sizə mətbu və siyasi personaların rəğbətindən, odur ki, biz istəyirik Siz istefa verəsiniz, Sizi tutsunlar, Siz, ümumiyyətlə, Azərbaycandan qaçaq düşəsiniz!"
Yoxsa ki... "nə işlə məşğul idi, ermənilər orda elə "konsert" verdilər!"
Erməni sənin başına Rusiya, İsrail, Fransa, Amerika silahlarından 5 min dəfə atəş açıb, indi bütün silah-sursat ehtiyatı tükənmişdi ki, Serbiyanın ordan göndərdiyi bir partiya ilə bizə atəş açdı?
Ayıbdır, a kişi!
Beynəlxalq aləmdə nüfuzu, imici, hörməti olan iki-üç nümayəndəmiz qalıb, bəsdirin, onlarla birgə özümüzü də gözdən salmayaq!
p.s. Məhəmmədəli Qəribli, qardaşım, yaxşı olardı ki, "Eldar Həsənovun nəzarətində olan saytlar, siyasilər, hətta partiyalar" ittihamında nəzərdə tutduqlarını adbaad yazasan, biz də bilək işimizi!
p.p.s. Eldar Həsənov ermənlərin başına daş salmaq üçün vertolyotları havaya qaldıranda Gəncənin polis rəisi olanda... sən-mən adını bilmirdik belə!
Ayıbdır!
Arxayın olun, Eldar Həsənov 50 dəfə bəyanat verib: heç bir vəzifəyə gəlmirəm, istəmirəm!
Sizlər də, nəhayət, əl çəkin, yorulduq dövləti və xalqı layiqincə təmsil edən insanımıza böhtanlara, ittihamlara cavab verməkdən!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az