Deputatdan jurnalistlətə təbrik MESAJI

Deputatdan jurnalistlətə təbrik MESAJI
Milli Məclisin deputatı Fuad Muradov 22 iyul Milli Mətbuat Günü ilə bağlı KİV nümayəndələrini təbrik edib.
"Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistləri, redaktorları və mətbuat işçilərini ürəkdən təbrik edirəm! Onlara uğur, ailə xoşbəxtliyi və can sağlığı arzulayıram. Azərbaycanın bu gün müstəqil, güclü dövlət olmasında onların da zəhməti var. Uzun illərdir, dostluq etdiyim və bugün artıq gənc olmayan media nümayəndələrini xüsusi təbrik edirəm”,-deyə F.Muradov bildirib.
Vətəninfo.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, millət vəkili F.Muradov 22 iyul tarixində doğum günün qeyd edir. Bu gün onun 36 yaşı tamam olub

Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində "Neft sənayesində ətraf mühitin qorunması" ixtisası ezrə magistr dərəcəsini alıb. 
Müxtəlif ictimai təşkilatlarda çalışan F.Muradov 2005-ci ildə Bakının Səbail rayonundan Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib..

2010-cu ildə yenidən IV çağırış Milli Məclisə deputat seçilib. Evlidir, 2 övladı var.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az