“Veteninfo.az”ın mediaforum saytına istinadən verdiyi xəbərə görə, mart ayında devrilmiş Mali prezidenti Amadu Tumani Ture aprelin 8-i axşam saatlarında istefa verdiyini açıqlayıb. Amadu Tumani Ture martın 22-də hakimiyyəti ələ keçirmiş hərbi qüvvələrlə danışıqlarda vasitəçilik edən Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin təmsilçisi, Burkina-Fasonun xarici işlər naziri Cibril Bassola istefası barədə yazılı bildiriş verib.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin hazırladığı planda hərbi qüvvələrin hakimiyyəti sivil təsisatlara verməsi nəzərdə tutulur. Aprelin 6-da hərbi rejim bu planla razılaşıb. Malidə idarəçilik müvəqqəti olaraq parlamentə keçəcək.
Martın 22-də çevriliş edən hərbçilər konstitusiyanın qüvvədən düşdüyünü elan ediblər. Onlar prezidenti ölkənin şimalında separatçı rejim qurmuş tuareq tayfasına qarşı yumşaq davranmaqda günahlandırıblar. Hərbi çevrilişdən sonra şimal bölgəsində durum daha da pisləşib. Hazırda separatçıların ölkənin bir neçə iri şəhərinə tam nəzarət etdiyi xəbər verilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR