Dilavər Əzimlinin 60 yaşı tamam olur

Dilavər Əzimlinin 60 yaşı tamam olur

Bu gün tanınmış tarixçi alim Dilavər Əzimlinin 60 yaşı tamam olur.

Miq.Az onun tərcümeyi-halını təqdim edir:

O, 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 1977-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd orta məktəbini bitirib. 

1978-1980-ci illərdə hərbi xidmətdə olub. Uzun müddət istehsalatda çalışıb. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirmiş və həmin fakültənin aspiranturasında saxlanılmışdır. 

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışır, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimidir. Evlidir, iki övladı var.

Tarixçi Dilavər Əzimli hal-hazırda CİEPO-nun (Beynəlxalq Osmanlı Öncəsi və Osmanlı Dövrü Araşdırmaları Komitəsi) üzvü, "Dünya Uyğarlığı içərisində Türk uyğarlığı" beynəlxalq türk qurumunun İdarə Heyətinin Azərbaycan təmsilçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü və ideologiya üzrə başqan müavinidir.

O, 120-dən çox elmi əsərin müəllifidir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az