Dünya bazarlarında bahalaşma davam edir

Dünya bazarlarında bahalaşma davam edir
Əlvan metalların və neftin qiymətləri durmadan artır.

Qiymətli metallar ötən günə nisbətən daha baha satılıb. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl 4 gündür ki, bahalaşaraq 40.68 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 32.41 dollar, palladiumun qramı isə 18 dolları ötüb - 18.08 dollar olub. Gümüşün qiyməti artıb, qramı 56 sentə alıcılarını tapıb.

Qiymətli metallar ötən günə nisbətən daha baha satılıb. Qızılın bir qramının qiyməti ardıcıl 4 gündür ki, bahalaşaraq 40.68 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 32.41 dollar, palladiumun qramı isə 18 dolları ötüb - 18.08 dollar olub. Gümüşün qiyməti artıb, qramı 56 sentə alıcılarını tapıb.

"Qara qızıl"ın qiymətlərində müsbət yöndə dəyişim müşahidə olunur.  "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 52.78 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 51.59 dollar olub. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 51.48 dollar təşkil edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az