Polis polkovniki Zəfər Abıyev DİN-də Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə aldı
Daxili işlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifəyə təyin olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.
Zəfər Abıyev akreditasiya müddətinin başa çatması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi vəzifəsindən bu günlərdə geri çağırılıb.
“Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsinin akreditasiya müddəti bitdiyindən geri çağrılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb".
Polis polkovniki Zəfər Abıyev Daxili İşlər Nazirliyində məsul vəzifəyə təyin olunub. O, nazirlikdə Baş Cinayət Axtarışı İdarəsində məsul vəzifə tutacaq”-deyə Orxan Mansurzadə qeyd edib.
Qeyd edək ki, Daxili işlər Naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən DİN-in Ukraynadakı nümayəndəsi , polis-polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masalli Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Əkbər Yusifov təyin edilib.Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR