“Əl-Cəzirə” Qətər telekanalı “Casus xətləri” (The Spy Cables) layihəsinin buraxılışını elan edib. Layihə çərçivəsində müxtəlif ölkələrin xüsusi xidmətlərindən redaksiyanın əlinə keçən məxfi sənədlər çap olunacaq.
Vətəninfo.az xəbər verir ki, Britaniya Guardian qəzeti ilə birgə layihənin tətbiq edilməsi haqqında məlumat telekanalın saytında dərc edilib.
Kanal Cənubi Afrika Respublikası Dövlət Təhlükəsizlik Agentliyi operativ əməkdaşları tərəfindən tərtib edilmiş 2006-cı ildən 2014-cü ilin dekabr ayınadək alınan sənədləri dərc edəcəyini vəd edir.
O cümlədən, Cənubi Afrika xüsusi xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniya MI-6, İsrailin Mossad və Rusiyanın Federal Təhlükəsizlik Xidməti arasında məxfi məktublaşma təqdim ediləcək.
Edward Snowden-in yaydığı elektron kəşfiyyata aid məlumatlardan fərqli olaraq, “Əl-Cəzirə” layihəsi insan faktoru üzərində cəmlənir. Söhbət “canlı” kəşfiyyatçıların alıb-ötürdükləri məlumatlardan gedir.
Başlanğıcı yaxın günlərdə nəzərdə tutulan layihə xüsusi xidmətlərin gündəlik işini təsvir edər, “casusluq aləminin kulis arxasına” nəzər salmaq imkanı verər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR