Elçibəyin Fəzail Ağamalı haqda açmadığı sirr nə idi? – 26 il öncənin kadrları yayıldı
Əməkdar jurnalist Mirşahin Ağayevin 2000-ci ildə "ANS” kanalında yayımlanan "Ən yeni tarix” tok-şousunda sabiq prezident Əbülfəz Elçibəylə Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalı arasında baş tutan debat sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Debatın diqqətçəkən məqamlarından biri Elçibəyin Fəzail Ağamalıya dediyi sözlərdir. "Fəzail bəy, siz elə bir söz demisiniz ki, onu desəm, sizin üçün heç yaxşı olmayacaq”, – deyə o bildirib. Ağamalı dəfələrlə bu məlumatı öyrənmək istəsə də, Elçibəy danışmaqdan imtina edib.
Əbülfəz Elçibəyin Fəzail Ağamalı haqda açmadığı sirr nə idi?