İlahiyyatçının imzası saxtalaşdırılıb
Vətəninfo.az xəbər verir ki, Ölkə.Az-a açıqlamasında tanınmış ilahiyyatçı başına gələnləri belə şərh edib:
"Vergilər Nazirliyini məhkəməyə verdim və ötən həftə Vergilər Nazirliyinə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı. Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı heç olmasa mənim imzama oxşatsa dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, bu sizin imzanız deyil? Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur...
Sonra da vergilərin müfəttişi auditimizə zəng edib deyir ki, nə olardı öz boynuna götürsəydin?
Evimdən oğurluq edildi. Üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələ də havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətimdən dövlətin adından istifadə edənlər oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər saxtakarlıq olmaz! Bu qədər oğurluq olmaz!"
Qeyd edək ki, Elşad Miri "A24.az" informasiya portalının və "Media Təqib Mərkəzi"nin rəhbəridir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL