Elzanın qızının xınayaxdısıdır
Bu gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin xına mərasimi olacaq.
Vətəninfo.az-ın Axşam.az-a istinadən
məlumatına görə, müğənni övladı üçün qeyri-adi mərasim hazırladığını
bildirib. O, məclisin su üzərində olan məkanlardan birində baş
tutacağını vurğulayıb:
"Allah belə gözəl, saf günü görməyi mənə nəsib etdi. Tanrımdan çox razıyam. Allah bütün subaylara belə xoş gün qismət etsin”.
Qeyd edək ki, Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurur. Cütlüyün toyu avqustun 24-də baş tutacaq.