Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Rayyib Ərdoğanın iqamətgahındakı məscidin açılışı olub. Rəsmi açılış mərasimi cümə namazı zamanı baş tutub.
"Beştəpə Xalq Məscidi" adlanan məscid 5111 kvadratmetr sahəni əhatə edir. Məscidin hər birinin hündürlüyü 59,30 metr olan 4 minarəsi var. 3000 insanın eyni vaxtda ibadət edə biləcəyi "Beştəpə Xalq Məscidi" Ankara şəhərində "Kocatəpə" və "Əhməd Hamdi Akseki" məscidlərindən sonra ən böyük 3-cü məsciddir.
Məscidin açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib. O, müqəddəs Ramazan ayına rəğmən, bəzi müsəlman ölkələrində terror hücumlarının səngiməməsindən danışıb.
"Suriya və İraqdakı, eləcə də Misirdəki qardaşlarımızın üzləşdiyi problemlər qalmaqdadır. Son günlərdə bu müqəddəs ayın ruhuna tamamilə zidd olan partlayış və terror hücumlarının şahidi olduq. Biz bilirik ki, bizim uzaqlarda can çəkişən və oruc saxlaya bilməyən, ya da torpaqlarında ibadət edə bilməyən qardaşlarımız var. Biz müsəlmanların özlərinin ilk qibləsi olan Qüdsə buraxılmadığı bir dövrdə yaşayırıq", - Ərdoğan belə deyib.
virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL