Sentyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri gözlənilir və bu ölkədəki ermənilər səfərlə bağlı xüsusi hazırlıq görüblər.
ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, bunu “Ay dat” təşkilatının Fransa ofisinin rəhbəri Qraçya Varjapetyan deyib. Onun sözlərinə görə, ermənilər etiraz aksiyaları hazırlayıblar.
Qraçya Varjapetyan bildirib ki, aksiya Azərbaycanın Fransadakı səfirliyinin binası qarşısında keçiriləcək. Ermənilər Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun əfvi ilə yanaşı, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütüyü siyasətə də etiraz edəcəklər.
Prezident İlham Əliyevin səfəri rəsmi xarakter daşımasa da, Fransa erməniləri rəsmi Parisi səfərə icazə verildiyi üçün qınamağa da hazırlaşırlar. Qraçya Varjapetyan onu da deyib ki, aksiyalarda bəzi fransalı siyasətçilər və bir sıra ictimai təşkilatların nümayəndələri də iştirak edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR