Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslərin səyləri nəticəsində Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb
Azərbaycan və Rusiya arasında döyüş təyyarələrinin satın alınması ilə bağlı aparılan danışıqlara Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslər maneçilik törədiblər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının, eləcə də MiQ və Suxoy şirkətlərinin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslərin səyləri nəticəsində Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Rusiya Azərbaycana YaK-130 tipli təlim təyyarələri istisna olunmaqla, döyüş təyyarələri satmaqdan imtina edib.
Hazırda Azərbaycan hökuməti aviaparkın yeni döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində alternativ istiqamətlərdə danışıqlar aparır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR