Ermənistan İrandan neft məhsulları almağa maraq göstərir. “APA-ECONOMICS”in “Armenia Today”ə istinadən xəbərinə görə, bu barədə İran Milli Neft Şirkətinin satış üzrə icraçı direktoru Cəlil Salari bildirib. Onun sözlərinə görə, neft məhsullarını Gürcüstan vasitəsilə almaq iqtisadi baxımdan Ermənistana sərf etmir: “Ona görə də Ermənistan İrandan neft məhsulları idxal etməyə başlayıb”. C.Salari qeyd edib ki, ilkin mərhələdə İranın özəl sektoru neft məhsullarını avtomobil yolları vasitəsilə ixrac edəcək, sonradan isə bu iş boru kəmərləri vasitəsilə davam etdiriləcək. Qeyd edək ki, bu ilin fevral ayında İran və Ermənistanın energetika nazirləri arasında imzalanmış sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı və aviasiya yanacağı ixrac edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR