Ermənistan müdafiə naziri Seyran Ohanyan 6 erməni əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edilməsi səbəbindən təcili müşavirə çağırıb.
Ans press-in məlumatına görə, müşavirədə müdafiə nazirinin müavinləri və silahlı qüvvələrin baş qərargah rəisi, idarələrin müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Müşavirədə müzakirə olunan məsələlər barədə geniş məlumat verilməsə də mətbuata verilən açıqlamada bildirilib ki, erməni ordusunda baş verən son intihar halı müzakirə edilib. Belə ki, açıqlamada general Aleksan Aleksanyanın xidməti araşdırmanın nəticələrinin müdafiə nazirinə təqdim edildiyi bildirilib. Seyran Ohanyan deyib ki, Aykaz Barseqyanın intiharına səbəb olan günahkarlar qanun üzrə cəzalandırılacaq. Qeyd edək ki, bu gün silahlı qüvvələrimiz Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən 6 erməni əsgərini məhv edib. Yanvar ayı ərzində Ermənistan silahlı qüvvələri təxminən 23 əsgər itirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR