Fazil Mustafa: ““İslahat” adı ilə elə eksperimentlər keçirilir ki, məktəbin tədris prosesini xeyli zədələyir”
"Lisey və gimnaziyalara qəbul imtahanlarına 20 gün qalmış imtahan qaydalarında edilən dəyişiklik kimi düşünülməmiş verilən qərarlar kifayət qədərdir. "İslahat” adı ilə elə eksperimentlər keçirilir ki, məktəbin tədris prosesini xeyli zədələyir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa lisey və gimnaziyalarla bağlı verilən qərarın yenidən ləğv edilməsi barədə danışarkən deyib.
"Məsələyə çox ciddi yanaşılmalıdır. Belə qeyri-ciddi yanaşma nə qədər insanlara stress yaşatdı. Hər halda bundan sonrakı qərarlarda daha ciddi olmaq məsləhətdir”, - o bildirib.