Feysbukda çağırışa çıxan avtoşlar tutuldu

Feysbukda çağırışa çıxan avtoşlar tutuldu
Bakıda 8 sürücü həbs olunub.
Vətəninfo.az-ın Axar.az-a istinadla məlumatına görə, onlardan 3 nəfər polisin qanuni saxlama əmrinə tabe olmadığına, 5 nəfər avtoxuliqanlığa və avtomobili sərxoş idarə etdiyinə görə təqsirli bilinib.
Saxlanılan 8 nəfərə 10-40 gün müddətlərində inzibati həbs cəzası verilib.
Onların arasında sosial şəbəkələrdə gəncləri paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə çağıran sürücülər də var.
Bu çağırışdan həvəslənən Bakı sakini, 24 yaşlı Orxan Paşayev idarə etdiyi "Seat” markalı maşınla Səbail ərazisində avtoxuliqanlıq əməlləri törətdiyi üçün saxlanılıb.
Qəbələ sakini, 36 yaşlı Rahim Kərimov isə bildirib ki, neçə ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir.
Üç uşaq atası, Sabunçu rayon sakini, 25 yaşlı Anar Bağırov sərxoş vəziyyətdə maşını idarə etdiyi üçün həbs edilib.
Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə Bakı şəhər BPİ DYPİ-nin İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla profilaktik söhbətlər aparıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az