"Finca Azərbaycan” bank olmayan kredit təşkilatı Azərbaycanda fəaliyyət göstərən filiallarından birini bağlayır.
VİZUAL.az xəbər verir ki, bunu Trend-ə təşkilatdan bildiriblər. Kredit təşkilatından verilən məlumata görə, bank olmayan kredit təşkilatı optimallaşdırma siyasəti çərçivəsində Sumqayıtdakı iki filialından birini bağlaya bilər: "Sumqayıtda iki filial fəaliyyət göstərir. Təşkilat rəhbərliyi hazırda Sumqayıt şəhərində iki fililalın fəaliyyət göstərməsinə ehtiyac görmür".
Bununla yanaşı, "Finca Azərbaycan” Xırdalanda yerləşən Abşeron rayon filialında da işçilərin ixtisarına başlayıb. Artıq filialın 25-ə yaxın əməkdaşı ixtisar olunub. Filialın bağlanıb-bağlanmayacağı ilə bağlı məsələyə isə təşkilatdan belə cavab veriblər: "2015-ci il 30 sentyabr tarixində "Finca Azərbaycan” çətin iqtisadi şəraitdə filiallarının bağlana biləcəyi ilə bağlı məlumat yaymışdı. Abşeron filialında işçilər ixtisar olunur, amma bağlanması ilə bağlı hələlik qərar yoxdur".
Qeyd edək ki, "Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Azərbaycanda 60 filialı fəaliyyət göstərir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL