Bazar günü Günəşdən fəzaya atılan bir neçə qaynar nəhəng plazma buludu dünyaya çatıb. Nəticədə, G4 sinfinə mənsub güclü geomaqnit qasırğası yaradıb.
Amerika Milli Okean və Atmosfer İdarəsi (NOAA) iyunun 21-də Günəşdə meydana gələn partlamanın təsirinin dünən günorta saatlarında yerə çatdığı barədə açıqlama verib. Nəticədə, enerji şəbəkələri ilə GPS sistemləri arasında problemlər yaranıb. Qütb bölgələrində parlaq Auroralar (qütb işıqları) müşahidə edilib.
NOAA mütəxəssisləri günəşdə fəaliyyətin çox güclü olduğunu və radiasiya fırtınasının təxmin ediləndən daha sürətli şəkildə dünyaya çatdığını bəyan ediblər. Onlar bunu 2005-ci il sentyabrdan sonra baş vermiş ən şiddətli partlayış kimi dəyərləndiriblər.
NASA-nın kosmik gəmisi həmin günəş partlayışını qeydə alıb. Günəş fırtınası güclü radiasiya partlayışları ilə müşahidə edilir. Zərərli radiasiya dünyaya çatsa da, atmosferi keçə bilmir və insanlara fiziki təsir etmir. Lakin rabitə kanallarında kəsintilər meydana gəlir.
Publika.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL