Futbolçunu qarşılamağa gələn "uçan adam"
Türkiyənin "Fənərbaxça" klubu ilə danışıqlara başladığını
bildirdiyi hollandiyalı super ulduz Robin van Persi İstanbula gəlib.
Vətəninfo.az Avropa.info-ya istinadən
xəbər verir ki, məşhur futbolçunu Sabiha Gökçen Hava Limanında
yüzlərlə azarkeş qarşılayarkən, maraqlı bir görüntü ortaya çıxıb.
Robin
van Persi pasport nəzarətindən çıxaraq azarkeşlərin gözlədiyi yerə
gəldiyi zaman bir azarkeşin kütlənin başı üzərinə qalxaraq yerə
düşdüyü görüntülənib.
Bu görüntü qısa müddətdə sosial medida "Uçan Hollandiyalını qarşılamada gələn uçan adam" başlığı ilə yayılıb.
Bu maraqlı görüntülər Hollandiya mətbuatında da yer alıb.