Vətəninfo.az xəbər verir ki, Bakının Nəsimi rayonunda gecə klubunun qarşısındakı mübahisə ölümlə nəticələnib. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Koral” gecə klubunun qarşısında baş verib. Belə ki, gecə saat 03:00-da 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev çoxsaylı bıçaq zərbələrindən qətlə yetirilib. Deyilənlərə görə, hadisədən əvvəl Vüsal Abdullayev orada kimləsə mübahisə edib. Onun qan içərisində olan meyidini hadisə şahidləri gecə saatlarında aşkarlayıb. Dərhal hadisə yerinə polis çağırılıb. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR