Gəncədə bir həftə qadını yandıran şəxslər tutulub.
Vətəninfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib, evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.
Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR