Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova seriala çəkilən qeyri-peşəkar müğənniləri qınayıb.
O, müğənnilərin seriala çəkilməsinin səbəblərindən danışıb:
"Müğənni
filmdə, yaxud serialda o vaxt çəkilə bilər ki, bu ekran işi müğənninin
yaradıcılığına həsr olunsun. Məsələn, Arif Qazıyev Zeynəb Xanlarova,
Müslüm Maqomayev kimi sənətkarların həyatından bəhs edən, özlərinin də
baş rolda çıxış etdikləri filmlər çəkmişdi. Amma indiki müğənnilər bu
fərqi tamam itiriblər. Müğənnisənsə niyə seriala çəkilirsən? Get
müğənniliyinlə məşğul ol da. Onsuz da hansı kanala baxırsan, müğənniləri
göstərirlər. Müğənni o halda çəkilə bilər ki, o, həqiqətən də aktyor
sənətini bitirib. Məsələn, Almaz Ələsgərova, İzzət Bağırov, Mələkxanım
Əyyubova, Bəsti Sevdiyeva və digərləri kimi. Amma indiki müğənnilər
toylarda pul qazanıb, gətirib rejissora verirlər ki, onları çəksin.
Kənardan adi insan da görür ki, nə var ki kinoda çəkilməyə? "Mən də pul
verib, seriala çəkilim", - deyə fikirləşir. Kinoya kinoaktyorlar, teatr
aktyorları çəkilməlidir. Əgər çəkilməyəcəklərsə, aktyorlar daha nəyə
lazımdır? Biz universiteti elə-belə oxumamışıq ki, hansısa müğənni bizim
yerimizi tutsun. Onlar elə bilirlər ki, oxuyurlarsa, oynaya da
bilərlər. Bunlar nöqtə-vergülü belə bilmirlər. Bir də görürsən ki,
peşəkar aktyoru çağırıb qəpik-quruş verirlər. O axı illərini bu sənətə
boşuna həsr etməyib ki, gəlib 50 manata seriala çəkilsin. Teatrda
çalışmağın özü elə bir stressdir. Onun üçün də serialların
əksəriyyətində müğənnilər üstünlük təşkil edirlər. Aktyorluq sənətini bu
qədər ucuzlaşdırmaq olmaz".
Aktrisa komediya rollarından bezdiyini də dilə gətirib.
"Mən
bu gün Musiqili Teatrda işləyirəmsə, o demək deyil ki, ancaq komediya
rolları oynamalıyam. Mən dram və kino aktyorluğu fakültəsini bitirmişəm.
Artıq komediya rollarını oynamaqdan özüm də bezmişəm. Halbuki daxilimdə
tragedik, dramatik obrazlar yatır. Mən hal-hazırda qatil, iş qadını,
ölkəmizi xaricdə təmsil edən qadın rollarını oynamaq istərdim. Hər şey
rejissordan və onun yozumundan asılıdır", - deyə aktrisa bildirib.
Milli.Az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ