Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin sərhəd gömrük buraxılış məntəqəsinin piyada keçid xəttində vətəndaşların böyük sıxlığını əks etdirən video görüntülərə münasibət bildirib.
VİZUAL.az xəbər verir ki, komitə faktı təsdiq edərək həmin video görüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində baş verdiyini bildirib:
"Həmin video görüntülər bir neçə gün bundan öncə, bayram günləri ərəfəsində Gömrük zonasına aidiyyatı olmayan ərazidə qeydə alınıb. Belə ki, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında adi günlərə nisbətən bir neçə dəfə artım müşahidə olunub, müəyyən sıxlıq yaranıb. Gömrük orqanlarının fəaliyyət zonasına daxil olmayan ərazidə baş verməsinə baxmayaraq müvafiq qurumlarla birgə tədbirlər görülüb, bu qısa müddətli sıxlıq tez bir zamanda aradan qaldırılıb. Hazırda piyada keçid xəttində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların normal gediş-gəlişi tam təmin edilir”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL