Sumqayıt şəhərində yararlılıq müddəti bitmiş, istehlaka yararsız külli miqdarda kolbasa və ət məhsullarının yenidən satışa çıxarılması aşkar edilib.

Vətəninfo.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb.
Araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır. Yoxlama zamanı anbarda 2085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.
Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL